Koronavirus Nyu-York birjasına təsir edib

11-11-2020, 08:42           
ABŞ-da yeni növ koronavirus infeksiyasına yoluxma sayının artması Nyu-York birjasında əsas indekslərin müxtəlif istiqamətlərdə dəyişməsinə səbəb olub.

“Report” xəbər verir ki, “Dow Jones” sənaye indeksi 262,95 bənd (0,90%) artaraq 29 420,92 bənd səviyyəsində dayanıb. ABŞ bazarındakı 500 ən böyük şirkətin daxil olduğu “S&P 500” indeksi 4,97 bənd itirərək (-0,14% ) 3 545,53 bənd səviyyəsinə düşüb.

“Nasdaq” elektron birja indeksi isə 159,93 bənd (-1,37%) azalaraq 11 553,86 bəndədək enib.

Sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 0,24% ucuzlaşaraq 1 871,7 ABŞ dollarına ticarət olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru