Pulları yoxdur, əvəzində Ermənistanda qalmış torpaqlarımızı versinlər - Politoloqdan sərt reaksiya

14-11-2020, 01:16           
Pulları yoxdur, əvəzində Ermənistanda qalmış  torpaqlarımızı versinlər -
Erməni kilsələrinə Azərbaycan qazını pulsuz verdiklərini sevinə-sevinə ictimaiyyətə yaxşı xəbər kimi çatdıran SOCAR prezidenti Rövnəq Abdullayevin dəstəyi ilə deputat seçilən Könül Nurullayevə noyabrın 12-də Türkiyənin TV Net telekanalının "ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi" barədə sualına cavab olaraq deyib ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil."
Teref.az xəbər verir ki, bunu ADR sədri politoloq Qubad İbadoğlu yazıb. Qubad bəy daha sonra yazır:
Bunlar çox mərhəmətlidirlər, ermənilərin də əvəzinə düşünüb, onlara humanistlik edirlər. Ermənilər Azərbaycana 100 milyardlarla dollar ziyan vurub, onu xalqın adından onlara bağışlayırlar. Erməni diasporasının puluna nə gəlib, onların maliyyələşdirdiyi silahlı quldurlar Qarabağda kəndləri xarabalıqlara çevirib, hətta məzarlıqları dağıdıb, minlərlə gəncin həyatına son qoyublar. Bunlar da ürəyi yanmışlıq edirlər, ermənilərə yazıqları gəlir ki, pulları yoxdur, ona görə də bizə təzminat lazım deyil. Pulları yoxdur, əvəzində Ermənistanda qalmış torpaqlarımızı versinlər. Əsas odur ki, təzminat ödəsinlər.
Yaxşı ki, Milli Məclisin "İntizam Komissiyası" buna görə Könül Nurullayevaya töhmət verib.
P.S. Dostlar, xahiş edirəm, diqqəti əsas məsələdən - təzminatdan yayındırmayın, artıq ifadələrə ehtiyac yoxdur, onların hər ikisini ermənilərə mərhəmət birləşdirdiyinə görə, birgə fotoları yerləşdirilib, postu da ona görə yazıram ki, heç kəs bu fikrə düşməsin, ermənilərə yüz illərlə güzəşt etdik, nəticələri də göz qabağındadır.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.