Azad edilmiş Şuşaya yeni başçı lazımdır... - Gözəl Şuşanı Bayram Səfərova həvalə etmək olmaz...

14-11-2020, 10:02           
Azad edilmiş Şuşaya yeni başçı lazımdır... - Gözəl Şuşanı Bayram Səfərova həvalə etmək olmaz...
Bayram Səfərovu yenidən icra başçısı təyin etmək olmaz.

BAXAR.AZ-a açıqlamasında bu sözləri Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib. O bildirib ki, indiki məqamda Şuşa şəhərinə hər kəs tərəfindən qəbul edilən yeni bir kadr təyin olunmalıdır:

"Mən çox istərdim ki, indiki məqamda Şuşa şəhərinə normal, qəbul edilən, prosesi apara bilən icra başçısı qoymaq lazımdır. Bayram Səfərov kimi adamla o prosesi aparmaq mümkün deyil. Bayram Səfərovu yenidən Şuşaya icra başçısı qoymaq olmaz. Bu, Şuşa sakinlərinə də xoş olmayacaq. Şuşa illərlə işğal altında olub, o da Binəqədi rayonunda və digər rayonlarda əraziləri işğal edib!" - deyə, Elşad Musayev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru