Erməni vandalizmi xarici mediada - Fotolar

15-11-2020, 13:49           
Erməni vandalizmi xarici mediada - Fotolar
Azərbaycanın işğalçı Ermənistan üzərində rəşadətli hərbi-siyasi qələbəsi, eləcə də təcavüzkar tərəfin məğlubiyyət öhdəliklərinə münasibəti Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş şəkildə işıqlandırılmaqda davam edir.

Teref.az xəbər verir ki, Ermənistanın işğalçılıq siyasəti əsasında Kəlbəcərdə qanunsuz məskunlaşan ermənilərin rayonu tərk edərkən zəbt etdikləri evləri və meşələri yandırması KİV-lər tərəfindən insanlığa yaraşmayan vəhşilik kimi dəyərləndirilir. Vurğulanır ki, bu torpaqlar və evlər ermənilərə məxsus olmadığından və onlar geri qayıda bilməyəcəklərini dərk etdiklərindən Azərbaycana qarşı sonuncu düşmənçilik imkanlarını bu yolla həyata keçirirlər. Baş verənlər təcavüzkar Ermənistanın hərbi-siyasi məğlubiyyətini həzm edə bilməməsinin nəticəsi olmaqla bərabər, insanlıq cinayəti və ekoloji terrordur. (Azərtac)


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru