Azərbaycan iqtisadiyyatında geriləmə davam edir - RƏSMİ

16-11-2020, 11:39           
Azərbaycan iqtisadiyyatında geriləmə davam edir - RƏSMİ
Bu ilin yanvar-oktyabr aylarında ölkədə 58 milyard 469,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,8% az Ümumi Daxili Məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,3%, qeyri neft-qaz sektorunda isə 2,3% azalıb.
Məlumat üçün bildirək ki, bu ilin mart ayından sonra iqtisadiyyatın qeyri neft-qaz sektorunda ÜDM-nin azalması aşağıdakı kimi olub:
Yanvar-oktyabr - 2,3%,
Yanvar-sentyabr - 2,4%,
Yanvar-avqust - 1,7%,
Yanvar-iyul - 1,6%,
Yanvar-iyun - 2,5%,
Yanvar-may - 2,1%,
Yanvar-aprel - 0,2%.
Bu ilin ilk 3 ayında isə iqtisadiyyatın qeyri neft-qaz sektorunda ÜDM-nin artımı aşağıdakı kimi olub:
Yanvar-mart - 3,5%,
Yanvar-fevral - 6,7%,
Yanvar - 4,9%.
Onu da bildirək ki, bundan əvvəl isə iqtisadiyyatın qeyri neft-qaz sektorunda sonuncu dəfə 2016-cı ildə azalma qeydə alınıb. 2016-cı ildən sonra qeyri neft-qaz sektorunda ÜDM istehsalı heç vaxt azalmayıb.
Onu da bildirək ki, koronavirus səbəbindən mart ayının 26-dan etibarən ölkə ərazisində məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən də aprel ayından sonra bir-sıra sahələrdə müəssisələrin fəaliyyətinə qadağalar qoyulub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru