NRYTN vermədiyi internetin pulunu alır...

16-11-2020, 17:41           
NRYTN vermədiyi internetin pulunu alır...
"Nədən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabrdan etibarən başlayan Vətən Müharibəsinə görə boir vətənpərvər addımda bulunmadı? Biz vətəndaş olaraq başa düşdük ki, internetdə yaradılmış problem sırf müharibə şəraiti ilə bağlıdır. Amma görünəni odur ki, nazirimiz Ramin Quliyevə bu məsələ aydın deyil".

Bu barədə DİA.AZ-a müraciət edən Bakı sakini Fərid Hüseynov bildirir ki, 27 sentyabrdan etibarən bütün ölkədə Vətən Müharibəsi səbəbindən internətin fəaliyyətinin ya tam və yaxud da qismən dayandırılması fonunda NRYTN heç bir müsbət addım atmayıb. Əksinə zəif və yaxud da ümumiyyətlə olmayan internetə görə, vətəndaşa borc yazıb:

"Mən şəxsən 2 aydır internetdən istifadə edə bilmirəm. Şəhər telefonunu da internetə görə saxlayırdım. İndi mənə 2 aylıq 56 manat borc yazıblar. Niyə ödəməliyəm ki? Olmayan bir xidmətin pulunu nazirlik nədən vətəndaşdan tutmalıdır ki?"

İddia olunanla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.