Millət vəkili Könül Nurullayeva yenidən hədəfə gəldi- Bu dəfə... FOTOFAKT

17-11-2020, 17:31           
Millət vəkili Könül Nurullayeva yenidən hədəfə gəldi-
Millət vəkili Könül Nurullayeva yenidən insanların qəzəbinə səbəb olan addım atıb.

K.Nurullayevanın şəhid evinə ayaqqabılı girməsi sosial şəbəkələrdə ciddi etirazlar yaradıb. Yayılan fotodan görünür ki, evdəki digər şəxslər ayaqqabısızdır. Bu da millət vəkili haqqında kəskin tənqidlərin səsləndirilməsinə səbəb olub.

Millət vəkili Anews.az-a bildirib ki, bu onun üçün hazırlanan növbəti qara piyardır və sosial şəbəkədə yayılan fotosuna gün ərzində rəsmi açıqlama verəcək.

Xatırladaq ki, bir neçə gün öncə K.Nurullayeva dövlətimizin mövqeyi ilə üst-üstə düşməyən açıqlamasına görə tənqid olunurdu.

O, Türkiyənin "TV Net" telekanalının "ermənilərin Qarabağa vurduğu ziyanla bağlı dəyərləndirmə aparılaraq Ermənistandan təzminat istənilməsi" barədə sualına cavab olaraq demişdi ki, bu gün Ermənistanın iqtisadiyyatı tam çöküb, xarici borcları artıb, sosial təminat sahəsində fəlakətli durum yaranıb və bu durumda Azərbaycana təzminat verilməsi önəmli deyil."

Bu açıqlamaya görə Milli Məclisin İntizam komissiyası K.Nurullayevaya töhmət vermişdi.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.