Bank VTB Şuşa uğrunda savaşda qəhrəmanlıq göstərmiş əskəri aldatdı...
18-11-2020, 08:59
Teref.az yazır ki, AFN saytının baş direktoru Həbibə Abdulla öz feysbuk səhifəsində Bank VTB-nin Qarabağ savaşının iştirakçısı Şuşanın azad edilməsində qəhrəmanlıq göstərmiş Əhmədov Elçin Əhməd oğlunu aldatdığını yazıb. Həbibə xanım yazır: "Bu gün mən də danışdım Elçinin qardaşı ilə, məlum oldu ki, bank aldadıb ailəni də, ictimaiyyəti də. Sabaha yazı hazırlayacam. Bu bank heç bir milli məsələdə xalqla birlikdə deyil! Bank VTB ehtiyacda olan Şuşa qəhrəmanının ailəsini aldatdı. Dəyərli soydaşlar, Şuşanın alınmasında qəhrəmanlıq göstərən Əhmədov Elçin Əhməd oğlunun Bank VTB Azərbaycana borcu olduğu və ödəyə bilmədiyi haqda keçən həftə paylaşmışdıq. Bundan sonra həmin Bank hərbiçimizin ailəsi ilə danışıb, borcu bağlayacaqlarını söz vermişdi. Lakin bu məsələ diqqətdən yayınandan sonra bank Elçinin qardaşı Rəşad Əhmədova zəng edərək borcu bağlamayacağını bildirib. Elçin internatda böyüyüb, hazırda üç azyaşlı övladı var. Gəlin, bankı qınayaq və tələb edək, borcu bağlasın! Söhbət sadəcə 4 min manatdan gedir." Teref.az olaraq bizdə bank VTB-ni qınayırıq! Teref.az