Zaqatala RİH-də üzərində Prezidentin fotosu olan jurnal təhqir olundu VİDEO

18-11-2020, 09:37           
Zaqatala RİH-də üzərində Prezidentin fotosu olan jurnal təhqir olundu VİDEO
Teref.az xəbər verir ki,Zaqatala RİH-də ölkə başçısı cənab İlham Əliyevin adına nəşir olunan jurnal təhqir olunub. Bu barədə dosye.org-a məlumat verən mənbənin sözlərinə görə, icra hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsi üzrə məsləhətçi xanım A.Q.Zülfüqarova və RİHB Aparatının baş mütəxəssisi xanım T.İ.Məmmədova xidməti otaqda üzərində prezidentin fotosu olan jurnalı çaydan altı kimi istifadə edir. Videodan da açıq görünür ki, jurnal birbaşa prezident cənab İlham Əliyevin adına çap edilib. Görünən tərəf budur ki, Zaqatala RİH-də baş verən biabırçı olay birbaşa dövlət başçısına qarşı hörmətsizlikdir. Əslində icra hakimiyyətinin əməkdaşları diqqətli, eyni zamanda olduqca məsuliyyətli olmalıdır. Araşdırmalarımız davam edir…













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru