Almanlar səhiyyə nazirliyinin səlahiyyətlərinin artırılmasına etiraz edir - VİDEO

19-11-2020, 07:28           
Almanlar səhiyyə nazirliyinin səlahiyyətlərinin artırılmasına etiraz edir - VİDEO
Almaniyada Bundestaqın qarşısına yığışan etirazçılar polisdən onları parlamentin binasına buraxmağı tələb edir.

Bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, əraziyə əlavə polis qüvvələri cəlb edilib, Bundestaqın binasına aparan prospekt bağlanılıb.

Xatırladaq ki, bu gün Almaniya parlamenti əhalinin yoluxucu xəstəliklərdən müdafiəsi haqqında yeni qanunun layihəsi qəbul etməyə hazırlaşır.

Yeni qanun pandemiya vəziyyətində mümkün məhdudlaşdırıcı tədbirlər baxımından Almaniya Səhiyyə Nazirliyinin səlahiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirir.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru