Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? - GİLEY

21-11-2020, 11:21           
Neftçalanın gənc başçısı sakinlərlə maraqlanmır? - GİLEY
Neftçala şəhər sakini Zahid Mövlanlı rayonda fəaliyyət göstərən şadlıq saraylarından birində musiqiçi kimi fəaliyyət göstərib. DİA.AZ bildirir ki, hal-hazırda narazı vətəndaş sosial durumunun olduqca ağır olduğunu deyir və bununla yerli icra hakimiyyətinin maraqlanmadığını bildirir.

Pandemiya dövründə şadlıq sarayları fəaliyyətini dayandırdığı üçün Zahid Mövlanlı yeddi aydır ki, işsizdir. O, işsiz qaldığı bu müddətdə kompensasiya almaq üçün dəfələrlə Neftçala rayon Məşğulluq İdarəsinə müraciət etsə də, şikayəti cavabsız qalıb.

Eyni zamanda Neftçala sakini təzə başçıya da kömək üçün müraciət edib.

Dia.az olaraq məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru