“Yelo bank” qazilərlə şəkil çəkdirə bilir, borclarını silmir – Foto

23-11-2020, 17:57           
“Yelo bank” qazilərlə şəkil çəkdirə bilir, borclarını silmir – Foto
Yelo bank” Vətən müharibəsində 25 qəlpə yarası almış qəhrəmanımız İlqar Həsənlinin kredit borcunu silməkdən imtina edib. Reportyor.info-nun verdiyi xəbərə görə, bu haqda sosial mediada şəkillər paylaşılıb.
Bankın bu addımı ictimai qınağa səbəb olub və şərhlərdə sərt tənqidlər səsləndirilib.
Vətən üçün, “Yelo bank” rəhbərliyinin rahat və təhlükəsiz yaşaması üçün canını qurban verən, sağlamlığını itirən hərbçimizə bu münasibət ikrah hissi doğurur.
Bank rəhbərliyi bunun səbəbini guya maliyyə problemi ilə izah edib. Halbuki, qazinin borcunu silmək imkanları kifayət qədər var və qeyd-şərtsiz bu addım atılmalı, cəmiyyətdə təqdir qazanılmalıydı. Ən əsası İ.Həsənlini böyük yükdən, çətinlikdən azad etmək olardı.
Başqa bir xəbərdə isə “Yelo bank” Şuşa döyüşlərinin rəşadətli bir igidini, Qarabağ əlilini ziyarət edib. Bank əməkdaşları qazinin evinə tort aparıb, foto çəkdirib və yayıb.

Amma bank müştərisi olan həmin qəhrəmanın borcunun silinməsi və yaxud azaldılması haqda bir sətir də məlumat verməyib.

Reportyor.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru