"Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, deməli .." - İqtisadçı ekspertndən....

24-11-2020, 12:24           
"Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, deməli .." - İqtisadçı ekspertndən....
Yuvarlaq rəqəmlərlə götürsək bu il Neft Fondunun gəlirləri 7,8 mlrd. manat, xərcləri isə 12,5 mlrd. manat olacaq - 4,7 mlrd. manat kəsr yaranacaq, ciddi rəqəmdir.
2021-ci ilin büdcəsi hələ Parlamentə təqdim edilməyib, səbəbi məlumdur - Ordumuzun əks-hücum və işğaldan təmizləmə əməliyyatı uğurla başa çatdı, Vətən torpaqlarının böyük hissəsi işğaldan azad edildi, deməli gələn ilin büdcəsində torpaqların təhlükəsizliyinin təmin edilməsi, minalardan təmizlənməsi və infrastruktur layihələri üçün əlavə ciddi vəsaitə ehtiyac yaranacaq. Deməli gələn il büdcə xərcləri ciddi artmalıdır - bunun üçün isə tək bir mənbə var, o da Neft Fondudur.
Teref.az xəbər verir kii, bunu iqtisadçı ekspert Natiq Cəfərlıi deyir.
Daha sonra Natiq Cəfərli deyir, bu il iqtisadiyyat 4-4,5% daralacaq, ÜDM azalacaq, biznes çox ağır durumdadır deyə gələn il vergi daxilolmalarında ciddi artım olmayacaq, insanların alıcılıq qabiliyyəti düşüb deyə gömrükdən də daxil olmalar azalır-azalacaq. İqtisadiyyatın "ağardılması" hesabına son 3 ildə hər iki istiqamətdə daxil olan vəsaitin artımı artıq öz effektini itirdi - nə qədər mümkün idisə o qədər "ağartdılar", deməli daxili potensial artmalı, əlavə gəlir yaranmalıdır ki, vergi-gömrük daha çox pul yığsın, bu isə 2021-də mümkün deyil.
Əgər 2021-ci il büdcəsinin xərc hissəsi 10-15% artacaqsa, deməli gələn il Neft Fondundan 4-5 mlrd. əlavə pul götürülməlidir, yəni, Fondan azı 17 mlrd. manat pul çıxmalıdır ki, bu da indiki məzənnə ilə 10 mlrd. dollar edir. 2021-ci ildə Fond, ən yaxşı halda 8 mlrd. manat qazanacaq, deməli Fondun 2021-ci il kəsri 9 mlrd. manat səviyyəsində olacaq ki, bu da çox böyük rəqəmdir. Bir sözlə, bütün yükü Fondun üzərinə yıxsaq bu dayanaqlı model olmayacaq.
Yüngül devalvasiyaya gedib (15-20%) Fondun dollar ehtiyatlarlna bir az qənaət etmək lazımdır, paralel olaraq ucuz manatdan da istifadə edib işlək, rəqabətli iqtisadi model qurulmalıdır - başqa yol, şəxsən mən, görmürəm. Biz işğaldan azad edilən torpaqların bərpasını və yeni şəhər-qəsəbələrin salınmasını yaxın 5-10 il üçün iqtisadi artımın əsas motoruna, lokomotivinə çevirməliyik - bunun üçün isə tək Neft Fondu kifayət deyil...
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.