Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto

26-11-2020, 17:56           
Ağcabədi icra başçısı Şuşa şəhidinin qapısını döyməyib – Foto
Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan igidlərimizdən biri də Ağcabədinin Şahmallar kənd sakini Şükürov Vüsal Zahir oğludur.
Reportyor.info xəbər verir ki, evin tək oğlu olan V.Şükürov doğma yurdunda torpağa tapşırılıb və dəfnində rayon rəhbərliyi də iştirak edib.
Gələn xəbərə görə, amma dəfn mərasimindən sonra Ağcabədi rayon İcra Hakimiyyəti şəhidin ailəsi ilə maraqlanmayıb, dərdli ata-anaya ürək-dirək olmayıb, onların hər hansı problemlərinin olub-olmadığını soruşmayıb.
Şəhidin ailəsi ilə bir dəfə Ağcabədidən deputat olan Aqil Abbas görüşüb, dərd-sərini dinləyib, problemlərini müvafiq ünvana çatdırıb.
Amma rayon icra başçısı Rafil Hüseynov indiyə qədər şəhid qapısını açmayıb, gözü yolda, intizarda olan, dünyası başına yıxılan ailə ilə görüşməyib.

Aman-güman tək övladlarını Vətən üçün fəda edən Şükürovlar ailəsi ilə maraqlanmaq, problemlərini həll etmək, onların qayğısına qalmaq Ağcabədi icra başçısının həm vəzifə, həm mənəvi borcudur.
Ümidvarıq ki, bu iradlardan sonra RİH-dən adekvat münasibət göstəriləcək, şəhid ailəsinin qapısı döyüləcək, lazımi köməkliklər olunacaq.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.