Kəlbəcər, Ağdam və Laçının da geri qaytarılan bütün yaşayış məntəqələrinin adı rəsmi olaraq dərc olunsun

27-11-2020, 04:42           
Kəlbəcər, Ağdam və Laçının da geri qaytarılan bütün yaşayış məntəqələrinin adı rəsmi olaraq dərc olunsun
Sotk (Zod) rəhbəri Hakob Avetyan açıqlama verib ki. "hazırda Sotk mədənində Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyası davam edir. Ermənistan və Azərbaycan hərbçiləri yerində işləyirlər.
Teref.az xəbər verir ki, bunu politoloq Qubad İbadoğlu yazır.
Daha sonra Qubad bəy yazır ki, Ermənistan və Azərbaycan bölmələri yeni mövqelərə köçürlər". Belə məlum olur ki, Zod (Söyüdlü) qızıl yatağı ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınır.
Sadəcə məni narahat edən başqa iki məsələ vardır.
1) Canlı xəritədə (https://caucasus.liveuamap.com/) təqdim olunan Kəlbəcərin hazırkı ərazisinin 1991-ci ildə olduğundan balaca görsənməsidir.
2) Kəlbəcər ərazisinə Azərbaycan ordusu nədən Ağdərədən, yaxud, Qubadlıdan deyil, ən çətin relyefə malik olan Göygöl rayonun Toğanağ ərazisindən girdi?
Təklif edirəm ki, necə ki, xilaskar Azərbaycan ordusunun azad etdiyi ərazilər kənbəkənd, qəsəbəqəsəbə və rayon mərkəzi də daxil olmaqla elan olunurdu, eləcə də Kəlbəcər, Ağdam və Laçının da geri qaytarılan bütün yaşayış məntəqələrinin adı rəsmi olaraq dərc olunsun.
Bu torpaq məsələsidir, sonrakı peşmançılıq fayda verməz.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru