Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək

29-11-2020, 00:35           
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
Azərbaycan xurması Slovakiya və Çexiya bazarlarına ixrac ediləcək.

Bunu Trend-ə Azərbaycan Xurma İstehsalçıları və İxracatçları Assosiyasının rəhbəri Qədir Yusifov deyib.

O bildirib ki, 2020-ci ilin ilk 10 ayı ərzində Azərbaycan 35 milyon dollar məbləğində təzə xurma ixrac edib.

Onun sözlərinə görə, hesabat dövründə ixrac həcmi 50 min tona bərabər olub və ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz azalıb:

"2020-ci ilin mayında Azərbaycanda Birləşmiş Ərəb Əmirliklərinə ilk xurma partiyası ixrac edilib. May ayında ixracdan gəlir 100 min manata bərabər olub. Yaxın zamanlarda Slovakiya, Çexiya və bəzi Avropa ölkələrinə ixrac planlaşdırılır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.