Səhiyyə sistemimiz koronavirus qarşısında AĞ BAYRAQ QALDIRIB? - GİLEY

30-11-2020, 09:57           
 Səhiyyə sistemimiz koronavirus qarşısında AĞ BAYRAQ QALDIRIB? - GİLEY
"Şikayətim bərbad səhiyyə sistemimizdəndir. Deməli, Covid-19 virusuna yoluxmuş xəstə ilə təmasda olduqdan sonra ailə üzvlərimdə simptonlar müşahidə edildi deyə test üçün müraciət etdik. 2-3 gün qırğın-davadan sonra bu həftənin 1-ci günü gəlib test üçün nümunə götürdülər və cavabların uzağı 3-cü günə kimi çıxacağını dedilər". DİA.AZ bildirir ki, bu barədə narazı vətəndaş Gülnar Kazımlı "Facebook"da bildirib.



Daha sonra şikayətçi qeyd edir: "Artıq 5-ci gün olmasına baxmayaraq heç bir cavab yoxdur. Saatlarla telefon növbəsində gözlədikdən sonra bizə Təbib-dən məlumat verilir ki, nümunələr heç test üçün göndərilməyib, hələ xəstəxanadadır və test sayı çox olduğu üçün nə zaman göndərəcəkləri də bəlli deyil. Evdə 2 aylıq körpə, onkoloji xəstəmiz var və 1 həftədir keçirdiyimiz narahatlıq kifayət deyilmiş kimi bir də bu məsuliyyətsizlər əsəblərimizi məhv edirlər və ən acınacaqlısı da odur ki, şikayət də edə bilmirik hərkəs üstündən atır , başqasına yönəldir və o başqası da digərinin üstünə atır və ya heç zəngə cavab verilmir".

Dia.az olaraq iddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru