“Dərman tapmaq çox çətindir, ağırlaşmalar arta bilər” - Həkimlərdən həyəcan təbili

3-12-2020, 17:55           
“Dərman tapmaq çox çətindir, ağırlaşmalar arta bilər” -
MediaPost TV ölkədəki epidemioloji vəziyyətlə bağlı həkimlərin fikirlərini öyrənib.

Hepatoloq, infeksionist Azər Nağıyev MediaPost TV-yə açıqlamasında ölkədə COVID-19-a yoluxma hallarının daha da artacağını istisna etməyib.

A.Nağıyev bildirib ki, yoluxmalar artacağı təqdirdə yeni məhdudiyyətlər tətbiq oluna bilər.

Həkim-nevropatoloq Qalib Əsədov isə MediaPost TV-yə açıqlamasında əsas problemin dərman çatışmazlığı ilə əlaqədar olduğunu söyləyib.

Q.Əsədovun fikrincə, dərmanlar keyfiyyətli olarsa, karantin rejimi sərtləşdirilmədən infeksiyanın yayılmasının qarşısını almaq olar.

Daha ətraflı videoda:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru