"Gilan Holdinq"in işçisi nazir oğluna müraciət etdi - GİLEY

8-12-2020, 09:41           
"Gilan Holdinq"in işçisi nazir oğluna müraciət etdi - GİLEY
Şirvan sakini Həsənov Adəm Məmmədhəsən oğlu "GİLAN HOLDİNQ" rəhbərliyinə müraciət edərək illər öncə müəssisədən haqsız yerə çıxarıldığını dilə gətirib. İşsiz vətəndaş ailə vəziyyətilə əlaqədar işinə bərpa olunması üçün "Gilan" rəhbərliyindən köməklik umur.
"Demokratik.Az" bildirir ki, şikayətçi 2013-2017-ci illərdə "Gilan Holdinq"-də fəhlə kimi işləyib. İşlədiyi dövrdə də həmişə daxili nizam-intizama riayət edib, lakin, bir gün işə gəlmədiyi üçün 2017-ci ildə öz işindən qovulub.
Adəm Məmmədov ailə vəziyyətinin çətin olduğunu, uşağının xəstə olduğunu, işsizlikdən əziyyət çəkdiyini bildirərək "Gilan Holdinq" rəhbərliyindən işinə bərpa olunması üçün kömək istəyir.
Xatırladaq ki, sözügedən holdinq Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova məxsusdur.
İşsizin kömək istədiyi Nicat Heydərov isə fövqəlnazirin oğlu, eyni zamanda "Gilan holdinq"in prezidentidir.
İnanırıq ki, naəlac Şirvan sakininin xahişi Heydərovlar tərəfindən nəzərə alınar...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru