"Sahil müəllim, biz tərəfə də bax..." - Sahibkarlar nazirə müraciət etdi

8-12-2020, 11:48           
"Sahil müəllim, biz tərəfə də bax..." - Sahibkarlar nazirə müraciət etdi
Son günlər Şəki şəhərində COVİD 19-un sürətlə yayılması ilə əlaqədar, Operativ Qərargahın qərarıyla sərtləşdirilmiş xüsusi karantin rejimi davam etməkdədir. Şəhər rəhbərliyinin qərarı ilə ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün obyeklər bağlanıb.

DİA.AZ xəbər verir ki, bağlanan obyektlərə mərkəzi kolxoz bazarı, tikinti materialları dükanları, avtomobil ehtiyyat hissələri dükanları, avtomobil yuma, avtomobil təmiri sexləri, dəmirçi sexləri, dülgərlər, pinəçilər, geyim mağazaları, bərbərlər, gözəllik salonları, çayxanalar, restoran və kafelər aiddir. Şəhərdə obyektlərin bağlanması, minlərlə ailənin pulsuz və çörəksiz qalmasına səbəb olub. Adı çəkilən obyekt işçiləri və ya sahiblərinə isə bu müddətdə heç bir kompensasiya və yaxud müavinət ayrılmayıb.

Bu barədə, onlarla zərərçəkmiş insanlar məlumat versələr də, onlar adlarının çəkilməsini istəmirlər. Çünki adları çəkiləcəyi təqdirdə, yerli icra qurumlarının qanunsuz hədələrindən çəkindiklərini bildiriblər.

Sahibkarlar dia.az vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə xitab edirlər: "Sahil müəllim, biz tərəfə də bax... Allah canınızı sağ eləsin, karantin elan etmisiniz... Amma biz balalarımıza nə yedirək?"

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq..












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru