Həbs təhlükəsindən İngiltərəyə qaçan iki bacının tarixcəsi - ŞİKAYƏT
1-12-2020, 16:32

Redaksiyamıza 2 bacının,Sürəyya Aslanova və Könül Nadirova bacılarının Azərbaycandan İngiltərəyə necə qaçmaları haqqında ilginc məlumatlar daxil olub.Əldə etdiyimiz məlumata görə 1976 il Bakı şəhərində doğulmuş Sürəyya Aslanova natamam orta təhsillidir.1973 il Könül Nadirova Bakı şəhərində doğulmuş və tam orta təhsillidir.Sürəyya Aslanova evlidir,lakin uşaqları yoxdur.Əldə etdiyimiz məlumata görə Sürəyyanın uşaqlıq rəfiqəsi Tamara 1988 il hadisələrinə görə Moskva şəhərinə köçüb.Yəni Tamara ya erməni olub,yada valideynlərindən biri erməni olub.Sürəyya Tamara ilə mütəmadi telefonla əlaqə saxlayır və söhbətləşirmiş.Sürəyya Tamaranın Moskvada yaşadığını fikirləşsədə,Tamara İrəvanda yaşayırmış.Sürəyya 2018 ilin oktyabr ayında 1 həftəlik Gürcüstana dincəlməyə gedir.Orada dincələrkən Tamara ilə görüşür və vaxt keçirdirlər.Sürəyya Gürcüstandan qayıdandandan sonra onu polisə çağırıb Gürcüstanda Tamara ilə görüşləri barədə və ondan pul alıb almadığı barədə sorğu sual edirlər.Sonradan Sürəyyanın dediyinə görə polisdə ona hansısa sənədə qol çəkdirmək istəyirlər.Lakin Sürəyya imza atmır. Sürəyyanı orda bərk döyürlər.Lakin Sürəyya heç bir sənədə imza atmır.Əri onu ordan götürüb evə aparır.Evdə halı pisləşən Sürəyyaya təcili yardım çağırılır və onu xəstəxanaya yerləşdirirlər.Bir müddət müalicə alan Sürəyya xəstəxanadan çıxır.Özünün təhlükədə olduğunu hiss edən Sürəyya evdə gecələmir.Dayısı evində qalır.2 gündən sonra onlara gələn 2 sivil geyimli adam Sürəyyanı soruşurlar.Əri onun evdə olmadığını deyir.Onlar əri Qalibə deyirlər ki,Sürəyya ilə danışsın,əgər o,onlar deyənə razı olmasa onu yenidən polisə aparacaqlar və buda onlar üçün heç də yaxşı qurtarmayacaq.Sürəyya Aslanova vəziyyətin pis olduğunu görüb,ölkədən qaçmağa qərar verir.Onun İngiltərə vizası var idi.Ona görə bacısı Könüllə danışaraq 19 dekabr 2018 ildə gecə ilə Londona uçurlar və bir daha Azərbaycana qayıtmırlar.Sürəyya Aslanovanın İngiltərə vizası olmağını bilməyən,onun natamam orta təhsilli bir evdar qadın olduğunu nəzərə alan polis işçiləri ondan şəhəri tərk etməməyi barədə iltizam almamış və o zaman üçün cinayət işi açmamışdılar.Sürəyya Azərbaycanı tərk etdikdən sonra evinə yenə çağırış gəlib və onu polisə gəlməyəcəyi təqdirdə zorla gətiriləcəyi barədə təhdid olub.Onun ailə üzvləri qorxularından evlərində qalmırlar.