Təhsildə qənaət edilən vəsait necə xərclənməlidir?

20-01-2021, 08:32           
Təhsildə qənaət edilən vəsait necə xərclənməlidir?
2020-ci ilin mart ayından etibarən tədris prosesindəki dəyişikliklər təhsil müəssisələrinin xərclərini ciddi şəkildə dəyişdi.

Bunu Axar.az-a təhsil eksperti Kamran Əsədov 1 ilə yaxındır tətbiq edilən distant təhsil səbəbindən məktəb və universitetlərdə qənaət olunan ödənişlərin (kommunal və digər xərclər) səmərəli istifadəsi barədə danışarkən deyib. O bildirib ki, 2019-cu il üçün təhsil müəssislərinin ödədiyi kommunal və digər ödənişləri 2020-ci illə müqayisə etdikdə xərclərin 40-45 faiz azaldığını görə bilirik:

“Əvvəllər təhsil müəssisələri işıq, su, istilik və digər xərcləri ödəyirdilər, indi isə bunlardan azaddırlar. Ona görə də xərcləri kəskin şəkildə azalıb. Hesab edirəm ki, təhsil müəssisələri xərclənməyən həmin vəsaitləri elektron xidmətlərin təşkilinə sərf etməlidirlər. Bu gün elektron universitetə çox ehtiyac var. Düşünürəm ki, xərclənməyən vəsaitlər onlayn tədris, onlayn qiymətləndirmə platformalarının yaradılmasına, elektron kitabxanaların təşkilinə yönəldilməlidir.

Bundan başqa xərclərin ciddi şəkildə azalmasına baxmayaraq, təhsil haqqının məbləğinə heç bir endirim edilmədi.

Xüsusilə özəl liseylərdə bu xərclər ciddi məbləğdə azaldı. Əvvəllər yemək, nəqliyyat xərcləri böyük vəsait tələb edirdi. İndi isə pandemiya səbəbindən tətbiq edilən distant təhsilə görə həmin məbləğ liseylərin özündə qalıb. Ona görə də bunları səmərəli xərcləmək lazımdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.