Əmanətlər qaytarılanda faiz gəlirləri bu şərtlə veriləcək
5-02-2016, 09:55
Artıq son 2 həftədə lisenziyası ləğv edilən banklardakı sığortalanan əmanətlərin qaytarılması posesi davam edir. Amma vətəndaşları bir məqam düşündürür. Qoyduğu əmanəti geri alan vətəndaş onun faizlərini də əldə edə biləcəkmi?
Bağlanan bankların müştərilərinə kompensasiya olunan əmanətlərinin qaytarılması zamanı yaranan suallardan biri faiz gəlirlərinin qaytarılması ilə bağlıdır. Müştərilər banka yerləşdirdikləri əmanətlərinin illik faizini sığortalanmış əmanəti ilə geri ala bilmədiklərini deyirlər. Bu məsələdə qeyri-müəyyənlik yaranır. Əmanətlərin Sığortlanması Fondunun icraçı direktoru Azad Cavadov bildirir ki, bu hal sığortalanan əmanətin 30 min manatı keçməsi zamanı baş verir.
Rəsmilər bu cür halların yaşanmaması üçün bank əmanətçilərinə hesablarını nəzarətdə saxlamağı tövsiyyə edir. Əmanət faizlərini vaxtında götürmək, faiz gəlirləri ilə birlikdə əmanətin həcmi 30 min manatı ötərkən vəsaiti iki ayrı hesaba qoymaq lazımdır.