Mağazalardan məhsulları alarkən diqqətli olun - Həkimdən xəbərdarlıq - VİDEO

24-01-2021, 11:10           
Mağazalardan məhsulları alarkən diqqətli olun -
Virus dondurulma və soyuq saxlama şəraitində uzun müddət yaşaya və qablaşdırmadan insanlara keçə bilər.

Teref.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu həkim-infeksionist Sədrəddin Atakişizadə deyib.

Onun sözlərinə görə, son bir ilin təcrübəsi göstərir ki, koronavirus hava-damcı yolu ilə keçir. Eyni zamanda, virus əşyalar vasitəsilə də yayılır. Koronavirusun səthlərdə qalıcılıq müddəti isə müxtəlifdir.

Mütəxəssis hesab edir ki, mağazalardan məhsul alarkən əlcəkdən istifadə edilməldir.

Həkim-infeksionist xatırladıb ki, virusla bağlı təhülükə hələ qalmaqdadır. Odur ki, sanitar-gigiyenik qaydalara riayət edilməsi vacibdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru