Bahalaşmaya hazır olun - Rusiya taxılın ixrac rüsumunu 2 dəfə artırır

26-01-2021, 13:01           
Bahalaşmaya hazır olun -
Rusiya mart ayının 1-dən taxıla ixrac rüsumunu 2 dəfə artıracaq.

Qaynarinfo xəbər verir ki, Rusiya hökuməti taxıl ixracına kvota tətbiq edib.

İxracat kvotasına görə, bu il martın birindən 1 ton buğdanın rüsumu 50 avro olacaq. Həmçinin qarğıdalı (ton başına 25 avro) və arpa (ton üçün 10 avro) rüsumları tətbiq olunacaq.

Azərbaycan taxıla olan tələbatını əsasən Rusiya və Qazaxıstan hesabına ödəyir. Bu baxımdan Rusiya hökumətinin martın 1-dən tətbiq edəcəyi ixracat rüsumları Azərbaycanda taxılın qiymətinin artmasına gətirib çıxaracaq.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 1 milyon 867,3 min ton buğda yığılıb. Yəni, keçən il buğda istehsalı 304,2 min ton və ya 14% azalıb. Bu, əkin sahələrində (ümumilikdə 588,4 min hektar) 12,2%, məhsuldarlıqda (31,7 sentner / ha) 2,2% azalma ilə müşayiət olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru