Vidadi İsayev müharibə dövründə evləri dağılan vətəndaşların haqqını “yeyir”

27-01-2021, 10:53           
 Vidadi İsayev müharibə dövründə evləri dağılan vətəndaşların haqqını “yeyir”
Bərdədə İkinci Qarabağ savaşı zamanı Ermənistanın atdığı raketlər nəticəsində yararsız hala düşən yaşayış evlərinin təmirilə bağlı narazılıq yaranıb. ANAXEBER.info-ya daxil olan məlumata görə, narazılığın kökündə icra başçısı Vidadi İsayevin qanunsuz əməlləri dayanır. Bildirilir ki, icra başçısı bu işi də şəxsi biznesinə çevirib. İddialara görə, Vidadi İsayev gerçəkdən zərərçəkən vətəndaşlara deyil, qohum-əqərbasına, yaxın ətrafına yardım edir. Daha doğrusu, icra başçısı müharibə vaxtı yararsız hala düşən yaşayış evlərinin təmiri üçün ayrılan büdcə vəsaitlərini yaxınları arasında “pay-püş” edir. “Guya müharibədə yararsız hala düşən evlər təmir edilir. Əslində isə icra başçısı bu ad altında yaxınlarının evlərini təmir edir. Bu üsulla büdcə pulları silinir. Həqiqətən evi yararsız hala düşən, hətta evi yaşamaşaq üçün mümkün olmayan vətəndaşlar qalıb kənarda”, - deyə sakinlər bildirir. Narazı vətəndaşlar məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etmək niyyətindədirlər. Vidadi İsayev İkinci Qarabağ savaşı dövründə də oxşar əməlləri ilə gündəmə gəlmişdi. Həmin dövrdə icra başçısının əsgərlər və Tərtərdən təxliyə edilərək Bərdədə yerləşdirilmiş vətəndaşlar üçün göndərilə yardım paylarını mənimsədiyi barədə məlumatlar yayılnışdı. Hətta bunu açıq şəkildə ifadə edənlər də olmuşdu. İcra başçısı isə yayılan məlumatlara heç bir reaksiya verməmişdi. Vidadi İsayevin şəhid məzarlarını düzəltməkdən yayınması barədə də xəbərlər də dolaşırdı. Bu iddia bir sıra media orqanları tərəfindən tirajlansa da, icra başçısı yenə də sükut etdi.
ANAXEBER.info
Turanшаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.