Avtomobili olmayan şəxsə cərimə bildirişi göndərilir - VİDEO

28-03-2021, 10:14           
Avtomobili olmayan şəxsə cərimə bildirişi göndərilir - VİDEO
Qubada fəhlə işləyən Neftçala rayon sakini Cəfər Məmmədov bir müddətdir ki, anlaşılmaz vəziyyətlə üz-üzə qalıb. Onun avtomobili və sürücülük vəsiqəsi olmadığı halda, Bakı Nəqliyyat Agentliyinin başqa şəxsə yazdığı cərimələrlə bağlı məlumatlar SMS şəklində ona göndərilir.

Cəfər Məmmədov deyib ki, indiyədək ona 190 manat məbləğində cərimə SMS-si göndərilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, inzibati tənbehvermə haqqında qərar ASAN ödəniş sistemi vasitəsi ilə hər bir sürücünün elektron kabinetində qeyd etdiyi mobil nömrəsinə göndərilir. Onun sözlərinə görə, istənilən nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınarkən həmin avtomobili idarə edən sürücü özünə məxsus mobil nömrəni şəxsi elektron kabinetində qeyd edir. Uyğunsuzluq da məhz elektron kabinetdəki məlumatlarla bağlıdır. Uyğunsuzluğu aradan qaldırmaq üçün vətəndaş Cəfər Məmmədov mütləq şəkildə Daxili İşlər Nazirliyi və ya ASAN xidmətə müraciət etməlidir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.