Mələkxanımın bacısı işdən çıxarılıb - Rüşvət verməyib İDDİA

15-02-2016, 13:18           

Xalq artisti Mələkxanım Əyyubovanın bacısı işdən çıxarılıb. “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Məleykə Kamilova bir neçə gün əvvəl işdən azad olunub. Daha sonra qeyd olunur ki, buna səbəb xalq artistinin bacısından rüşvət tələb olunmasıdır. O isə pulu vermədiyi üçün işindən kənarlaşdırılıb.

Məsələni dəqiqləşdirmək üçün Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsi ilə əlaqə saxladıq. “Qafqazinfo”ya açıqlamasında şöbə müdirini əvəz edən Rafael Tağızadə Məleykə Kamilovanın öz ərizəsi ilə işdən ayrıldığını bildirib: “Məleykə Kamilovadan heç kim pul istəməyib. Sadəcə Məleykə xanımdan yox, burada heç kimdən pul tələb olunmayıb. Tamamilə səhv məlumatdır, qərəzli informasiyadır. Mədəniyyət müəssisəsindən heç kim pul istəmir. Məleykə xanım öz istəyi ilə ərizə yazaraq çıxıb. Eşitdiyimə görə, səhhətində olan problemlərə görə işdən ayrılmalı olub və yaxın zamanlarda yeni bir işlə də təmin olunacaq”.

Sözügedən məlumatla bağlı Məleykə Kamilovanın fikirlərini öyrənmək istəsək də, o, telefonlarımıza cavab verməyib.

Bacısı Mələkxanım Əyyubova “Qafqazinfo”ya açıqlamasında bu kimi işlərə qarışmadığını söyləyib: “Mən elə işlərə qarışmıram, sənətçi adamam”.

Qeyd edək ki, Məleykə Kamilova eyni zamanda gənc müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru