Qorxmaz Hüseynova məxsus Diaqnoz Tibb Mərkəzi vergidən belə yayınır

1-06-2021, 00:09           
Qorxmaz Hüseynova məxsus Diaqnoz Tibb Mərkəzi vergidən belə yayınır
Bakıda “Diaqnoz” tibb mərkəzi ona müraciət edən pasientlərin başına elə oyunlar açır ki, oradan diaqnoz gözləyənlər peşman olurlar. Bu klinika saysız-hesabsız şikayətlərin ünvanlandığı tibb mərkəzi kimi tanınmaqla yanaşı, eyni zamanda vətəndaşlara və dövlətə qarşı qanunsuz addımları ilə seçilir. Söhbət açıq şəkildə vergidən yayınmadan gedir.

Teref.az-a verilən xəbərə görə, “Diaqnoz Tibb Mərkəzi”nə gələn pasientlər müayinə və yaxud analiz üçün ödəniş edəndə qəbzdə əlavə dəyər vergisi (ƏDV) qaytarılmır. Bu da ciddi şəkildə vergidənyayınma faktıdır.


Redaksiyamıza ünvanlanan həmin qəbzlərdən birində də görünür ki, “Diaqnoz Tibb Mərkəzi” ƏDV qaytarmır və Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən bu klinikada araşdırma aparılmasına ciddi zərurət var.

TİA.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru