Tərtər camaatına bu qədər hörmətsizlik edən birini kimlər himayə edir? — VİDEO

1-06-2021, 07:02           
Tərtər camaatına bu qədər hörmətsizlik edən birini kimlər himayə edir? — VİDEO
"Tərtərin icra başçısının vətəndaşlarla hörmətsiz, qul kimi davranması barədə illərdir dastanlar gəzir".

Demokrat.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov Tərtərin icra başçısı Müstəqim Məmmədovdan və onun əməllərindən bəhs edərkən deyib.

A.İsmayılov, icra hakimi ilə bağlı daha sonra bunları qeyd edib:

"Aprel döyüşlərindən sonra Prezidentin Tərtərdə zərər çəkmiş evlərə ayırdığı milyonlarla pulun başçı tərəfindən yeyilməsindən tutmuş rayonda villasına baxan məktəb pəncərələrinin daşla hörülməsinə qədər. Başa düşmürəm, bu qədər özbaşınalıq edən, Qarabağ müharibələrində əsl qəhrəmanlıq nümunəsi olan Tərtər camaatına bu qədər hörmətsizlik edən birisini kimlər himayə edir və gərəkli qurumlar buna niyə göz yumur?!"

Sosial şəbəkədə Müstəqim Məmmədovla bağlı yayılan qalmaqallı son videonu təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru