DYP Astarada sürücülərə necə tələ qulur...

4-05-2015, 14:56           
DYP Astarada sürücülərə necə tələ qulur...
Editor.az-ın elektron ünvanına Astara rayon Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti ilə bağlı maraqlı müraciət daxil olub.

Əli Babayev adlı sürücü bildirir ki, bir müddət öncə qohumunu müalicə məqsədilə İrana yola salmaq üçün Astaraya üz tutub. Qohumunu yola salıb, geri qayıdanda isə nahar etmək üçün kafelərdən birində oturub:

“Kafenin müdiri mənə yaxınlaşıb, “Xoş gəmisiniz, həmişə siz gələsiniz, nə qulluq edək” deyib, məndən nə sifariş etdiyimi soruşdu. Sifarişi verdikdən sonra “qəşəng pivəmiz var, bəlkə içəsiniz” deyə, təklif etdi. Mən ona sükan arxasında olduğumu xatırlatdıqda, bura şəhər deyil, rayondur deyib, təklifində israr etdi. Razılaşmadım. Yanımda oturan sürücü isə kafe müdirinin sözlərinə aldanıb, iki bakal pivə içdi. Qonşudakı sürücü məndən beş dəqiqə öncə kafeni tərk etdi. Mən isə onun ardınca çıxdım. Heç bir kilometr getmişdim ki, gördüm həmin sürücünü saxlayıblar. Məndə maşını saxladım. Onu içkili vəziyyətdə avtomobili idarə etdiyinə görə, saxlayıblarmış. Sən demə kafenin sahibi DYP əməkdaşlarına “işverənlik” edirmiş. Bələd olmayan müştəriləri içirdir, ardınca onları “tora salırmış””.

Şikayətçi deyir ki, içkili maşın sürmək sürücünün öz həyatı üçün təhlükəlidir. Yol Polisi də bunun qarşısını almaq üçün sürücüyə qarşı tədbir görməlidir: “Amma özü əlbir olub, sürücünü aldatmaq və sonra ondan pul almaq, bu nə qanuna, nə də insanlığa sığmır”.

Editor.az məsələyə Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, polkovnik Kamran Əliyevin münasibətini öyrənmək istəsə də, onunla əlaqə yarada bilməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.