Artan nəqliyyat xərcləri: Bəzi məhsulların bahalaşmasını qaçılmaz edəcək

28-07-2021, 09:21           
Artan nəqliyyat xərcləri:
Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş iqtisadçısı Maximo Torero dünyada enerji qiymətlərinin artım tendensiyasında olduğunu və daha da arta biləcəyini, kənd təsərrüfatının yüksək enerji qiymətlərinə qarşı böyük həssaslıq göstərdiyini söyləyib.

Cebhe.info xəbər verir ki, mövcud vəziyyətlə bağlı bir sıra məsələlərə aydınlıq gətirən Torero, neft və qaz qiymətlərindəki artımların qaçılmaz olaraq elektrik, dizel, mineral yağ və gübrə qiymətlərinin artmasına səbəb olacağını, bunun da ərzaq qiymətlərində yüksək təzyiqə səbəb olacağını bildirib.

Torero bildirib ki, qlobal ərzaq qiymətlərindəki artımların səbəblərini sadalayarkən, təklif tərəfindəki amilləri tələb tərəfindəki amillərdən ayırmaq lazımdır:

“Tələb tərəfdən başlasaq, bir çox ölkədə pandemiya dövründə zəif bərpa meyilləri gördük, eyni zamanda bir çox böyük iqtisadiyyatda güclü iqtisadi canlanma da müşahidə etdik. Bu güclü böyümə, karantin dövründə yığılmış qənaətlə birlikdə əhəmiyyətli bir tələb bumu yaratdı.

Qlobal bazarlara çıxmaq üçün dayandırılmış tələbin həcmi və tempi o qədər güclü idi ki, beynəlxalq nəqliyyat sistemi öhdəsindən gələ bilmirdi. Bu, nəqliyyat xərclərinin artmasına, gəmi və konteyner çatışmazlığına və əksər əsas ərzaq məhsullarının (taxıl, yağlı toxumlar və s.) ən çox daşındığı nəqliyyat kanallarında əhəmiyyətli dərəcədə artımlara səbəb oldu. Artan nəqliyyat xərcləri qlobal ərzaq qiymətlərində də əks olundu. Hazırkı konteyner tutumu çatışmazlığının nə qədər davam edəcəyini qiymətləndirmək çətindir”.

Torero bildirib ki, digər bir səbəb, 2018-ci ilin sonunda Afrika “donuz qripi”nə (ASF) səbəb olan virus idi:

“Başlanğıcda epidemiya yem tələbatının əhəmiyyətli dərəcədə azalmasına səbəb oldu və qlobal taxıl və soya qiymətlərinin aşağı düşməsinə səbəb oldu. Bir müddətdən sonra epidemiyanı nəzarətə götürən Çinin bu dəfə xeyli miqdarda ehtiyacı yarandı və sonra taxıl və yağlı toxum bazarında qiymət təzyiqi artdı.

Təchizat tərəfindəki amillərə gəldikdə, başda hava şəraiti olmaqla qlobal tədarükü məhdudlaşdıran bir sıra amillər var. Əlbəttə ki, əkinçilik həmişə iqlim dəyişkənlərinə tabedir, lakin mənfi hava şəraiti nadir hallarda əsas bazarlarda, xüsusən də qarğıdalı və soya paxlası kimi vacib məhsullarda yüksək ehtiyaclarla üst-üstə düşür. ABŞ-da mövcud isti hava dalğası və böyük bir qarğıdalı tədarükçüsü olan Braziliyadakı uzun sürən quraqlıq, yüksək tələb ilə birlikdə qiymətləri qaldırdı. Ancaq qida sistemi sürətlə məhdudiyyətlərlə yaşamağı öyrəndi, bunların tədarük və qiymətlərə təsiri məhdud idi.

Eyni vəziyyət ixrac məhdudiyyətləri üçün də keçərlidir, lakin təsirləri məhdud idi. İyun ayı üçün FAO Qida Qiymətləri İndeksi məlumatları da aylardır davam edən artımlardan sonra 2,5 faiz azalma ilə eyni vəziyyətə işarə edir. Pandemiya zamanı yığılan tələbin böyük bir hissəsinin reallaşması ilə əksər ərzaq məhsullarında qiymətlərdə sabitləşmə müşahidə olunur”.

FAO yetkilisi bütün bunlara baxmayaraq, enerji qiymətlərinin xeyli artdığını narahatlıqla izlədiklərini deyib:

“Yüksək ərzaq qiymətlərinin ümumi inflyasiyaya təsirlərini ölçmək çətindir. Orta hesabla qida sektoru ümumi qlobal iqtisadiyyatın 10 faizini təşkil edir, lakin ölkələr arasında böyük dəyişikliklər mövcuddur. Yeyinti məhsullarının bahalaşmasından sonra yalnız qida məhsullarının deyil, ağac kimi digər malların da qiymətində dəyişiklik görürük. Tədarük zəncirindəki fasilələr pandemiya zamanı qiymətlərə təsir etdi, lakin bu fasilələr çox vaxt və əhatə dairəsi ilə məhdudlaşdı. Bildiyimizə görə, qiymətlərə təsirlərin qalıcı və ya geniş olduğunu göstərən bir dəlil yoxdur.

FAO İndeksinə görə ən yüksək artım yağlar və taxıl kimi əsas qidalarda qeydə alınıb. 2020-ci ilin yanvarından bu yana neftin qiymətləri 45%, taxılın qiymətləri 29% artıb. Yağları və taxılları 23 faiz artımla şəkər qiymətləri izləyir, süd və ət qiymətlərində isə 15 və 6 faiz artdı. Təəssüflər olsun ki, bu artımlar digər gəlir qruplarına nisbətən əsas qidalara daha çox yer verdikləri üçün bütün dünyada ən çox yoxsul təbəqəni vurdu”.

Regional təhdidlərə gəldikdə, Torero bildirib ki, COVID-in Səhra altı Afrikaya təsiri bizi xüsusilə narahat edir:

“Pandemiyanın başlanğıcında baş verən xəstəlikdən bölgə daha az təsirləndi, lakin peyvəndləmə faizi ümumiyyətlə azdır, infeksiya nisbətləri artmaqdadır və səhiyyə sistemi artan yoluxma ilə mübarizədə yaxşı təchiz olunmayıb. Eyni zamanda sosial təminat sistemləri az inkişaf edib. Həmçinin Latın Amerikasında yoxsulluğun sürətlə artdığı ölkələr var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.