Millət vəkili: “Belə şərəfsizlik, qanunsuzluq olar?” - 200 vətəndaşımız aeroportda qalıb

9-08-2021, 07:18           
Millət vəkili: “Belə şərəfsizlik, qanunsuzluq olar?” -
200 nəfərdən çox sərnişin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qalıb.

Yenicag.az xəbər verir ki, bu barədə VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı məlumat verib.

O, bildirib ki, 10 saata yaxın gözlədilmənin səbəbi açıqlanmır.

“200 Azərbaycan vətəndaşı Minvoda uçmaq üçün təyyarə gözləyir. Bir o qədər insan da Minvodda Bakıya gəlmək üçün hava limanında yatıb qalıb. Bir kəlmə söz deyən, bu gecikmənin, məsuliyyətsizliyin, xalqa hörmətsizliyin səbəbini izah edən yoxdur. Belə şərəfsizlik, belə qanunsuzluq olar? Niyə insanların əsəbləri ilə oynayırlar?”, – deyə millət vəkili qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru