Zərdabda komendant saatı tətbiq olunur

6-05-2015, 11:18           
Zərdabda komendant saatı tətbiq olunur
Zərdabda qeyri-rəsmi komendant saatı tətbiq olunub. Bu barədə redaksiyamıza rayon sakinləri məlumat veriblər.

Həmin məlumatda deyilir ki, rayonun icra başçısı Lütvəli Babayev, Zərdab polisinin rəisi və prokuroru ilə birlikdə bir həftədir hər gecə reydlər keçirirlər. Belə ki, sözügedən rayon səlahiyyətliləri hər gecə Zərdabın mərkəzində bütün çayxana, restoran və mağazalarını yoxlayırlar. Hətta küçədə olanları belə saxlamaqdan çəkinmirlər.

JAM.AZ-a məlumat verən rayon sakinləri qeyd edir ki, icra başçısı, polis rəisi və prokuror gecə saat 22:30-dan sonra küçədə olan insanların həbsinə dair qəti tapşırıq veriblər. Saxlanılan şəxsləri isə səhər cərimə edərək, buraxırlar. «Lütvəli Babayev qəti şəkildə bildirib ki, gecə saat 22:30-dan sonra komendant saatı tətbiq olunub. Kimsə bayra çıxsa, həbs ediləcək».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru