"Optimal Elektroniks" karantin qaydalarını POZDU

25-11-2021, 15:11           
"Optimal Elektroniks" karantin qaydalarını POZDU
"Optimal Elektroniks" MMC barəsində karantin qaydalarının pozulmasına görə inzibati qaydada protokol tərtib edilib.

"Unikal"ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən tərtib edilən protokol baxılması üçün Yevlax rayon məhkəməsinə göndərilib.

İş hakim Günay Cavadovanın icraatındadır.

Qeyd edək ki, sözügedən xətanın törədilməsinə görə hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, "Optimal Elektroniks" MMC elektrik malları və məişət əşyalarının satışını həyata keçirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru