Paşinyanın arvadının hesabına milyonlarla pul köçürüldü

18-01-2022, 12:54           
Paşinyanın arvadının hesabına milyonlarla pul köçürüldü
Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanın fonduna milyonlarla pul köçürülüb.

Teref.Az Publika.az-a istinadla xəbər verir ki, "Toton" və "Vivaro" bukmeker kontorları Anna Akopyanın "Sity of smile" fonduna böyük məbləğdə pul köçürüb.

Məlumatı ilk dəfə üzə çıxaran Armday.am nəşridir. İddialara görə "Vivaro Media" Anna Akopyanın şəxsi hesabına 5 milyon dram, daha çox "Toto Gaming" kimi tanınan "Digitain" MMC isə 1 milyon dramdan çox vəsait köçürüb.

Milyonlarla vəsaitin baş nazir Paşinyanın arvadının hesabına hansı məqsədlə köçürüldüyü bilinmir. Sosial şəbəkələrdə isə sadə vətəndaşlar bu xəbəri çaşqınlıqla qarşılayıblar və rüşvət ola biləcəyini vurğulayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru