Bərdə mərcan Broylerdə antisanitar vəziyyət hökm sürür - Buradan toyuq əti alarkən ehtiyatlı olun

21-01-2022, 11:20           
Bərdə mərcan Broylerdə antisanitar vəziyyət hökm sürür -
Redaksiyamıza Bərdə rayonunda yerləşən,mərcan broyler müəssisəsi haqqında maraqlı məlumat daxil olub.
Məlumata əsasən adı çəkilən müəssisədə antisanitar vəziyyət hökm sürür, məhsullar keyfiyyətsiz və qaranlıq şəkildə qablaşdırılır.
Bir müddət əvvəl burada quşlara kütləvi xəstəlik düşdü və buna görə tələm-tələsik satışa başladılar.
Mənbənin bildirdiyinə görə burada müəssisədə rəhbərliyi aldadan bir neçə şəxs var və onlar rəhbərliyin etimadından sui-istifadə edərək varlanma eşqinə düşüblər.
Eyni zamanda burada işçilərin əmək haqları vaxtlı-vaxtında verilmir, qəsdən işçiləri hansısa bəhanə ilə işdən azad edirlər,əməkhaqqlarından tutulmalar olur.İşçilərlə əmək müqaviləsi bağlanmayıb və vergidən yayınma halları da var.
Mənbənin sözlərinə görə müəssisənin texniki-hüquqi normativ aktları sənədləri qaydasında deyil.
Elə bu məsələ ilə bağlı qeyd olunan Bərdə mərcan Broylerin fəaliyyəti ilə tanış olmaq üçün bir qrup jurnalist həmin əraziyə gediblər.
Həbib adlı işçi özünü rəhbərliyi təmsil edən şəxs kimi qələmə verərək bildirib ki,rəhbərliyə məlumat verək və növbəti gün müəssisədə vəziyyətlə tanış olarsınız.
Ancaq növbəti gün Həbib adlı şəxs bildirib ki, heç bir çəkiliş,filan ola bilməz və gedin nə istəyirsiniz edin deyərək nəzakətsizlik edib.
Jurnalist həmkarlar qeyd edirlər ki,onlar ərazidə olan zaman müəssisədə qaçhaqaç düşüb.Bu da ondan xəbər verir ki, müəssisədə işlər qaydasında deyil və deyilənlər doğrudur.
Elə isə dövlət qida təhlükəsizliyi agentliyini təcili olaraq həmin müəssisədə yoxlama aparmağa çağırırıq.
Qeyd edək ki,adı çəkilən müəssisə Bərdə rayonunda yerləşir.
Vətəndaşları bu müəssisədən yaxud bu müəssisənin məhsullarını alarkən ehtiyatlı olmağa çağırırıq.
Redaksıyadan: Mövzunu diqqətdə saxlayacağıq.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İnformasiya şöbəsi.
azinfotv












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.