Nazilədən "Azəriqaz"a sərt İTTİHAM: - "Bizi ərəb sanırsınız?!"

21-01-2022, 18:17           
Nazilədən "Azəriqaz"a sərt İTTİHAM: -
Şair Nazilə Səfərli "Azəriqaz" İstehsalat Birliyindən şikayət edib.
Teref.az "Sherg.az"-a istinadən xəbər verir ki, o, "İnstagram" səhifəsində video paylaşaraq "Azəriqaz" İB-ə səslənib:
"Soyuq qış aylarında hər kəsin qaza ehtiyacı artır. Yanvarın 1-dən elan etdilər, guya limitlər sıfırlanır, əhaliyə yardım edirsiz. "Azəriqaz", kimin başını qatırsız? Sizin nə işlə məşğul olduğunuzu bilirlər? Axşam karta 100 manat pul vurmuşam. 1 dəqiqəyə sıfırladız. Səhər gedib 50 manat yenə vurdum. Hesabımda 8 manat qaldı. Bizi ərəb sanırsız? Ərəbistandan gəlmişik? Pulu, əskinazı tanımırıq? İnsanlarla belə "əylənməyə"kim ixtiyar verib? Kompensasiya tələb edirəm. Dərhal gəlin, məsələni çözün. Dədənizə borcum yoxdur! Halal zəhmət çəkib, qazandığımız pulu sizə "üfürə" bilmərik".
N.Səfərli müraciəti nəzərə alınmadığı təqdirdə, Prezidentə müraciət edəcəyini bildirərək, ""Azəriqaz"yaxşı bilir, kimi necə qazlayır"- deyə əlavə edib.
Həmin videonu təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru