Büdcədəki qiymətdən 40 dollar baha – Hara sərf olunacaq

22-01-2022, 08:36           
Büdcədəki qiymətdən 40 dollar baha –
Energetika Nazirliyinin 21 yanvar məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 92,89 dollara təklif olunur. Bu, büdcə qiymətindən 42,89 dollar yuxarı qiymətdir.

2022-ci ilin dövlət büdcəsində bir barrel neftin qiyməti 50 dollardan götürülüb. “AzəriLayt” ilə 82,49 dollarla başlayıb.

Yanvarda ölkənin gündəlik hasilat kvotası 661 min barreldir. Beynəlxalq razılaşma fevral ayından gündəlik hasilatı 668 min barrelə çatdırmaq imkanı verir.

Rəsmi hesabata əsasən, 2021-ci ildə 34,5 milyon ton xam neft hasil olunub. 2020-ci ildə də eyni həcm qeydə alınmışdı.

2008-ci ildə 44,5 milyon ton neft çıxarılıb.

2009-cu ildə hasilat 50,4 milyon tona, 2010-cu ildə 50,8 milyon tona yüksəlib.

2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton hasilat rəsmiləşib.

2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton neft hasil edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.