"ƏƏSMN adını daşıyan nazirlik və onun cavan, təcrübəsiz rəhbərliyi oturub papaqlarını qarşısına qoyub fikirləşməlidirlər"-Hərbi ekspert

22-01-2022, 15:28           
"ƏƏSMN adını daşıyan nazirlik və onun cavan, təcrübəsiz rəhbərliyi oturub papaqlarını qarşısına qoyub fikirləşməlidirlər"-Hərbi ekspert
Əziz dostlar! Hörmətli həmkarlar!
Xeyli sayda dostlar və tanışlar şəxsi səhifəmə (inboxsa) və açıq şəkildə soruşur ki, ehtiyatda və istefada olan hərbi qulluqçuların pensiyalarına əlavələrlə bağlı vəziyyət nə yerdədir, Bizim hörmətli hüquqşünas dostumuz İlqar Allahverdiyev mütəmadi olaraq öz səhifəsində vəziyyət barəsində məlumat verir. Bildirmək istəyirəm ki, qanunla bizim yazılı müraciətlərimizə cavabların müddəti gələn həftənin əvvəllərində bitir. Cavaba uyğun olaraq biz növbəti addımlarımızı atacağıq. Bəzi səbrsiz və qanunları oxumaq istəməyən yoldaşlar (təəccüblüdür ki, bunlar uzun illər zabit, gizir və MAXE kimi xidmət ediblər) başlıyırlar lazımsız söz-söhbətlərə, qıcıq yaradan şərhlərə. Etməyin belə şeyləri.

Xatırladıram ki, artıq xeyli hərakatlılıq var həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi(ƏƏSMN), Maliyə Nazirliyi və hətta Milli Məclis tərəfindən. Parlamentdə əmək pensiyaları ilə bağlı dinləmə keçiriləcək.Milli Məclisdə “Əmək pensiyaları haqqında” qanunun icra vəziyyəti barədə dinləmə keçiriləcək. Bu barədə açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib. O qeyd edib ki, bu məsələ komitənin 2022-ci il yaz sessiyası üçün iş planına daxil edilib: “Pensiya islahatları Azərbaycanda uzun illərdir davam edir. Burada uğurlar da, müəyyən çətinliklər də var. Həmçinin, biz qarşıda duran perspektivləri müzakirə edəcəyik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi, mütəxəssisləri ilə birlikdə bu məsələlərlə bağlı birgə dinləmə keçirməyi nəzərdə tuturuq”.
Qeyd edək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası 26 yanvar 2022-ci ildə keçiriləcək.
Ruhdan düşənlər üçün qısaca deyim ki, hələ bundan sonra ƏƏSMN və digər "qayğıkeş" qurumlar çalışırlar ki, GƏLƏCƏKDƏ maaş və pensiyaların artımı, əlavəsi zamanı bu bizlərə şamil olunmasın. Bu hələ təklifdir. Ancaq ƏƏSMN-nin, həmçinin digər hökumət strukturlarının rəhbərləri və hüquqşünasları yaxşı bilirlər ki, əgər bu təklifləri müsbət həll olunacağı təqdirdə dəyişikliklər yalnız 2022-ci ildən sonra pensiyaya, istefaya çıxacaq hərbi qulluqçulara şamil olunacaq. Və QANUNUN GERİYƏ ŞAMİL OLUNMASI MÜMKÜNSÜZDÜR. Yəni, sonuncu 2019-cu ildə biz ehtiyatda və istefada olan hərbi qulluqçuların pensiyalarına ƏƏSMN tərəfindən necə artımlar həyata keçirilmişdisə, 2021-ci il dekabr sərəncamı da eyni qaydada şamil olunmalıdır və OLUNACAQ. İstəyir ƏƏSMN Sahil Babayev Qız Qalası heykəlinin başına çıxıb özünü intihar etməklə bizi qorxutsun, istəyir, maliyyə naziri Samir Şərifov otaqda özünü .... nə isə adını özü bilir etməklə hədələsə də QANUN onu deyir ki, biz Fazil Talblı kimi dar savadlı və düşüncəli insanlar deyilik və qanunları yaxşı bilirik. Əlavələr fevral ayında hesablanmalıdır və olmayacağı təqdirdə çoxlarının başı "ağrıyacaq". Bu qədər sadə və aydın.


Bir daha ƏƏSMN adını daşıyan nazirlik və onun cavan, təcrübəsiz rəhbərliyi oturub papaqlarını qarşısına qoyub fikirləşməlidirlər ki, ölkə başçısının verdiyi sərəncamı sabotaj etmək, 100 minlərlə haqqı-əziyyəti olan insanları, özü də keçmiş, hazırda ehtiyatda və istefada olan hərbçiləri narazı salmaq, onlara qanun qarşısında çox böyük məsuliyyətlər yaradacaq.
Necə deyərlər, məndən bir vətəndaş olaraq demək və müvafiq qurumlara çatdırmaq.
Tanrı Azərbaycanımızı və onun Silahlı Qüvvələrini, ordusunu qorusun!
P.S. Dostlardan və tanışlardan xahiş edirəm bu qeydləri maksimum səhifələrinizdə paylaşın ki, daha çox insan məlumatlansın və oxusun.
Üzeyir Cəfərov
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.