Yasamalda sahibkarın obyektini zorla sökürlər - FOTOLAR

7-05-2015, 13:07           

"Aysunay" şadlıq evinin yaxınlığında, A.ŞƏrifzadə küçəsi 66-da yerləşən obyekti sökürlər. "Yeni Müsavat"ın hadisə yerində olan reportyoru xəbər verir ki, sahibkar Qalib Sədrəddinovova məxsus obyekt Yasamal rayon İcra Hakimiyyəti tərəfindən sökülür.

Əməkdaşımıza təqdim edilən sənədlərə görə, 1 saylı İqtisad Məhkəməsinin hakimi Müseyib Bayramovun çıxardığı qərardadda göstərilir ki, bu ərazidə söküntü işləri aparıla bilməz, ancaq İH administrasiyasının səlahiyyətli şəxsləri məhkəmə qərardadına məhəl qoymadan sahibkara qarşı zorakılıq edirlər.

Bu gün həmin yerə gələn hüquq-mühafizə orqanlarının işçiləri obyektinin sökülməsinə etiraz edən Q.Sədrəddinovu saxlayıb, söküntü işlərinə başlayıblar.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru