Cahangir Hacıyevin klubu dağılır - "İnter"də müəmmalı durum

8-05-2015, 10:48           
Cahangir Hacıyevin klubu dağılır - "İnter"də müəmmalı durum
Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin klubunda vəziyyət gərginləşir. Axar.az xəbər verir ki, Hafka ləqəbli iş adamı Hafiz Məmmədovun komandası olan “Bakı” kimi Hacıyevin “İnter”i də mürəkkəb situasiya ilə üz-üzə qalıb.

Paytaxt klubunda yaranan maliyyə böhranını komanda rəsmilərindən tutmuş futbolçulara qədər, hər kəs etiraf edir. “Bankirlər”in gələn mövsüm fəaliyyətini davam etdirib-etdirməyəcəyi məlum deyil.

“İnter”in qapıçısı Səlahət Ağayev apasport.az-a deyib ki, komandanın gələcək taleyi qeyri-müəyyəndir. Kapitan duruma uyğun hərəkət edəcəyini bildirib:

“Rəhbərlikdən hələ heç kim komandanın dağılacağı və ya fəaliyyətini davam etdirəcəyini deməyib. “İnter”lə hələ bir illik müqaviləm qüvvədədir. Komanda gələn mövsüm də indiki kimi iddiasını davam etdirsə, təbii ki, burda qalacam. Mən də sizin kimi, hadisələrin gedişini gözləyirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.