İLDIRIM SÜRƏTLİ MİDA... - Bu barədə hələ çox danışılacaq...
8-04-2022, 11:29
Martın 30-da Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi baş tutub.
Qurumdan bildirilib ki, ümumilikdə 442 mənzilin güzəştlə satışı prosesi uğurla başa çatdırılıb.
DİA.AZ bildirir ki, amma mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib. Mənzillərin belə yüksək sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bəs, görəsən, belə sürətli satışlara səbəb nədir? İddialarda doğruluq payı varmı?
Daha ətraflı aşağıdakı videoda:
MİDA bu barədə susur... amma biz yenə də qarşı tərəf olaraq fikirlərini yaymaqdan məmnun olarıq...