Toyuq dönərlərinə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA - VİDEO

13-04-2022, 11:13           
Toyuq dönərlərinə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA - VİDEO
Rusiyaya ixrac edilən pomidorla bağlı heç bir qadağa yoxdur.

BAKU.WS-in məlumatına görə, bunu "Xəzər Xəbər"ə açıqlamasında Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Onun sözlərinə görə, hazırda ixrac gedir və hansısa bir məhdudiyyət qoyulmayıb.

AQTA sədri onu da bildirib ki, ölkəmizdə olan təhlükəli qidalar izləniləcək. "Qida təhlükəsizliyi haqqında" qanun qəbul edildikdən sonra bununla bağlı müvafiq qaydalar tətbiq ediləcək. Qoşqar Təhməzli bildirib ki, təhlükəli qidaların reyesteri istehlakçılar üçün açıq olacaq.

AQTA sədri həmçinin bildirib ki, qablaşdırılmış məhsulların etiketlənməsi qaydası dəyişəcək. Bu da yeni qanunun qəbulundan sonra həyata keçiriləcək.

Sədr həmçinin deyib ki, toyuq dönərlərinə qadağa qoyulmayıb, standartlar da artıq könüllüdür.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru