Daha bir bahalaşma anonsu - NƏ ETMƏLİ?

13-04-2022, 10:16           
Daha bir bahalaşma anonsu - NƏ ETMƏLİ?
Daha bir bahalaşma anonsu
“Hazırda dünya bazarında şəkər çuğunduru və şəkər qamışının qiymətində kəskin bahalaşma müşahidə olunur. Artıq əksər ölkələrin əmtəə bazarında şəkərin qiyməti xeyli artıb. Təbii ki, dünyada şəkərin bahalaşmasının Azərbaycana da təsiri var. Çünki ölkəmizdə də daxili tələbatın ödənilməsində xaricdən gətirilən şəkərin payı yüksəkdir. Bildiyiniz kimi biz daha çox Ukraynadan şəkər alırıq. Hazırda isə Rusiya və Ukrayna müharibəsi səbəbindən Ukraynadan ölkəyə xammal gətirilməsi dayandırılıb. Bu, nəticədə ölkənin əmtəə bazarında da şəkər tozunun qiymtində artım nəzərə çarpır”. DİA.AZ xəbər verir ki, bu fikirləri Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, İmişli Şəkər Zavodunda yerli xammal çox azdır. Bu səbəbdən də Azərbaycana şəkər tozu əsasən Ukraynadan xam şəkər halında idxal olunur, buda İmişli Şəkər Zavodunda toz halına gətirilərək qablaşdırılır və istehlak bazarına çıxarılırdı: “İndi müharibə səbəbindən Ukraynadan ölkəyə xammal gətirilməsi dayanıb. Yəqin ki, yaxın gələcəkdə də bu, mümkün olmayacaq. Bu səbəbdən də daxili bazarda sabitliyin yaranması və qiymətlərinin yüksəlməsinin qarşısını almaq üçün dövlət tərəfindən digər müvafiq addımların atılmasına ehtiyac var. İl sonuna kimi dövlət vergi dərəcələrini və gömrük rüsumlarını aşağı salmaqla ölkədə istehsal olunmayan ərzaq məhsullarının ucuzlaşmasına şərait yaradılmadır. Bu qismən də olsa qiymət artımının qarşısını ala bilər”.
Natiq Cəfərli qeyd edib ki, mövcud vəziyyətdə ən yaxşı çıxış yolu yerli istehsaldır. Daxili istehsalı artırmaq haqqında düşünməyə dəyər. Ancaq bu müəyyən qədər zaman alacaq: “Bu sahəyə yenidən investisiya qoyulmalıdır. Daxili tələbatı ödəmək üçün yerli istehsalı artırmaq lazımdır. Daxili tələbatı ödəmək üçün İmişli şəkər zavodunun potensialı var. Çalışmalıyıq ki, şəkər çuğundurunun əkini artsın".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.