Yelmar İskəndərovun şirkətinə cərimə protokolu yazıldı
15-04-2022, 10:45

“Rabitəinşaat” ASC-yə cərimə protokolu yazılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, ASC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.
Qedy: “Rabitəinşaat” ASC İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən nizamnamə kapitalı 4000 AZN olan ASC 28 iyul 2004-cü ildə qeydiyyata alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi, ev 227c-də yerləşir. ASC-nin qanuni təmsilçisi isə İskəndərov Yelmar Əmirxan oğludur.
Hakim Yeni Azəraycan Partiyasının (YAP) üzvü olan Yelmar İskəndərov 1991-ci rabitə bir sıra tikinti təşkilatlarında çalışıb. O, 1992-1997-ci illər ərzində “Azərrabitəinşaat” 3 nömrəli Tikinti-Quraşdırma İdarəsində (TQİ) baş mühəndis, 1997-2002-ci illərdə “Azərrabitəinşaat” ASC-də İdarə Heyəti sədrinin müavini, 2002-2004-cü illərdə sədri vəzifəsində işləyib. 2004-cü ildən “Rabitəinşaat” ASC-nin sədridir.
Bu şirkət əsas etibarilə mülki və yaşayış binaları üzrə ixtisaslaşmış tikinti təşkilatıdır.
Mediada gedən məlumatlara görə, “Rabitəinşaat” ASC “Azərrabitəinşaat” ASC-nin bazasında yaradılıb.