Rusiya hərbiçilərinin "çirkli pul" -ları belə yuyurdular...

19-04-2022, 11:31           
Rusiya hərbiçilərinin "çirkli pul" -ları belə yuyurdular...
Ukrayna Dövlət Tədqiqatlar Bürosu keçmiş xalq deputatı İlya Kivanın biznes ortağı vasitəsilə rusiyalı generalın irimiqyaslı çirkli pulların yuyulmasını ifşa edib.
Bizimyol.info xəbər verir ki, bu barədə qurumun saytında bildirilir. Büro Kivanın dövlətə xəyanət işini araşdırarkən şübhəli rus generalının əmlakını aşkarlayıb. Daşınmaz əmlak deputatın biznes tərəfdaşlarının - Rusiya general-polkovniki, Rusiya Sursat Agentliyi yanında Kimyəvi Silahların Təhlükəsiz Saxlanması və Məhv edilməsi üzrə Federal İdarəsinin rəisi Valeri Kapaşinin qohumlarının adına rəsmiləşdirilib. Aşkar edilmiş əmlaklar arasında Ukraynada ümumi pulların yuyulduğu otellər, restoranlar, torpaq sahələri və sair var. Bu əməliyyatlarda qohumlarının iştirakı ilə bağlı məlumatlar yoxlanılır.

Büronun məlumatına görə, əsassız aktivlərlə əməliyyatlar nəzarət edilən kommersiya strukturları zənciri vasitəsilə, qanuni maliyyə-təsərrüfat fəaliyyətinin aparılması adı altında həyata keçirilib. Hazırda İlya Kivanın sözügedən əmlakda iştirakı yoxlanılır. Eyni zamanda bu obyektlərin düşmən tərəfindən Ukraynaya qarşı təxribat fəaliyyətini maliyyələşdirmək üçün istifadə oluna biləcəyi də aydınlaşdırılır. Əmlak üzərinə həbs qoyulacaq.

Xatırladaq ki, İlya Kiva artıq döclətə xəyanətdə ittiham edilir. Bir müddət əvvəl isə, baş prokuror Venediktova Kiva üçün yeni bir ittiham hakimiyyəti zorakılıqla dəyişdirmək və konstitusiya quruluşunu devirmək üçün ictimai çağırışlar etmək ittihamını irəli sürüb. Hazırda eks-deputat rusiyalı təbliğatçıların efirində aktiv şəkildə çıxış edir, ukraynalıları silahı yerə qoymağa və işğalçıya təslim olmağa çağırır. Eyni zamanda qalmaqallı siyasətçinin yeri də müəyyən edilməyib.

Qeyd edək ki, Kiva müharibədən əvvəl Ukraynanı tərk edib və KİV-in məlumatına görə İspaniyada məskunlaşıb. Hazırda Kivanın sözügedən əmlakla bağlı əlaqəsi yoxlanılır və bu obyektlərin düşmən tərəfindən Ukraynaya qarşı təxribat fəaliyyətini maliyyələşdirmək üçün istifadə oluna biləcəyi də aydınlaşdırılır.

Ümumiyyətlə, Rusiya ordusunda korrupsiya bütün sahələri əhatə edib. Bəzi ekspertlərin fikrincə, Rusiyanın hazırda Ukraynada yaşadığı uğursuzluğun əsas səbəblərindən biri də orduda uzun illərdir hökm sürən korrupsiyadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.