Cavid Qurbanov üçün arzuolunmaz DÖNƏM... - HƏBSLƏR BAŞLAYIB...

21-04-2022, 09:14           
 Cavid Qurbanov üçün arzuolunmaz DÖNƏM... - HƏBSLƏR BAŞLAYIB...
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov üçün arzuolunmaz dönəm start götürüb. Bununla bağlı ilginc informasiyalar yayılıb. DİA.AZ bildirir ki, artıq mövqeləri kiafyət qədər zəifləyən Cavid Qurbanov artıq ətrafında formalaşdırdığı şəbəkəyə aid məmurları da qorumaq iqtidarında deyil. Bu barədə məlumatlı mənbə danışır.

Xatırladqaq ki, Cavid Qurbanov ləğv edilmiş “Gəncəbank” ASC-nin sabiq sədri Pərvanə Novruzovanın da himayədarı kimi tabnınırdı. Yerli KİV-dən əldə etdiyimiz informasiyaya görə, artıq Pərvanə Novdurzova barəsində həbs qərarı çıxarılıb.

Bu barədə yayılan xəbərlərə görə, “Gəncəbank” ASC-nin sabiq sədri ilə Samux rayon polis idarəsi tərəfindən həbs edilib, Nəsimi rayon 19 -cu polis bölməsinə təhvil verilib. Cavid Qurbanovun ən yaxın adamı Pərvanə Novruzova ilə yanaşı iki oğlu da həbs edilib.

Xatırladaq ki, Pərvanə Novruzova dələduzluqda ittiham edilir.

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.