SAHİL BABAYEV BAXSIN, ÜRƏYİ ZƏİF OLANLAR YOX… QAZİMİZİN ÜRƏKPARÇALAYAN – VİDEOSU

21-04-2022, 12:42           
SAHİL BABAYEV BAXSIN, ÜRƏYİ ZƏİF OLANLAR YOX…
Vətən müharibəsinin qazisinin ürəkparçalayan görüntüləri yayılıb. TİA. Az xəbər verir ki, ümumilikdə bədənində 207qəlpə var, ən ağır qəlpə ağ ciyərindədir. Ürəyi zəif olanların baxması məsləhət görülməyən kadrlarda qəhrəman qazimizin necə ağrılar çəkdiyi eşidilir. Qeyd olunur ki, ağrılar dözülməzdir və müalicəsi üçün heç bir kömək yoxdur. Vətəndaşlar YAŞAT Fonduna, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müraciət ediblər. Həqiqətən də ağır vəziyyətdə olan qazilərin diqqətdən kənarda qalması qəbulolunmaz haldır. S. Babayev və komandası gecə-gündüz islahatlardan danışırlar, yaxşı olar ki, nazirlikdə olan ictimai əlaqələr şöbəsi, sosial şəbəkə istifadəçiləri bu kadrları görüb nazirə məruzə etsinlər. Onların kabinetində təhlükəsiz yaşaması üçün bizim qazilərimiz sağlamlığını itirib, indi ağrılar içində əzablar çəkirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru