Məktəb direktoru jurnalisti məhkəməyə verdi - Səbəb nədir?

22-04-2022, 11:36           
Məktəb direktoru jurnalisti məhkəməyə verdi - Səbəb nədir?
Martın 28-də Rubrika.az saytında “Paytaxt şəhərinin iki məktəbində rəzalət - Nazirin diqqətinə” adlı məqaləyə görə, Bakı şəhəri, P. Həzərov adına 60 saylı tam orta məktəbin direktoru Emilya Səfərəliyeva saytı və baş redaktoru Nicat Mahmudovu məhkəməyə verib.

Teref.Az bildirir ki, bu barədə Hit.Az-a jurnalistin özü məlumat verib.

"Yazıda bəhs edilənlər heç də jurnalist təxəyyülünün məhsulu deyil, müxtəlif internet portallarında illərdir ki, səsləndirilən fikirlərdir. Amma nədənsə Emilya xanım məhz indi bundan narahat olaraq yazıda səsləndirilən fikirləri şəxsinə təhqir olaraq qəbul edib və məhkəməyə müraciət edib. Məqalədə kimsənin şərəf və ləyaqətinə toxunacaq ifadələr işlədilməyib. Hörmətli Emilya xanım tənqid və təhqirin fərqini bilməmiş olmaz. Səsləndirilən fikirlər sırf tənqidi xarakter daşıyır. Emilya xanım medianı məhkəməyə vermək əvəzinə, nöqsanları düzəltsəydi, biz də çox şad olardıq və bunu yayımlamaqdan da məmnun olardıq" - deyə baş redaktor bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.